...

Azərbaycan prezidenti Türkiyə rəhbərliyinə başsağlığı verib

Siyasət Materials 2 Avqust 2008 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust / Trend / Azərbaycan prezidenti İlham Əliyev şənbə günü türkiyəli həmkarı Abdulla Gülə və baş nazir Rəcəb Tayyib Ərdoğana Konyada uşaq yataqxanasının çökməsi nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.

Prezident baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Xəbər lenti

Xəbər lenti