Kərkükün iqtisadi resursları uğrunda mübarizə gedir – İraq rəsmisi

Kərkükün iqtisadi resursları uğrunda mübarizə gedir – İraq rəsmisi

Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir S.İlhamqızı/ İraqın vitse-prezidenti Tariq Əl-Haşiminin siyasi işlər üzrə müşaviri Xəlil Azzavi hesab edir ki, İraqın kürd Administrasiyasının rəhbəri Məsud Bərzaninin Türkiyəni ittiham etməsi əsassızdır.

"İraq müstəqil dövlətdir və müstəqil siyasət yürütmək imkanına malikdir" - deyə Azzavi Trend -a bildirib.

İraqın şimalında kürd Administrasiyasının rəhbəri Məsud Bərzani Türkiyəni İraqın Kərkük bölgəsinin statusunun müəyyənləşməsi məsələsində İraq parlamentinə təzyiq göstərməkdə ittiham edib. Bu haqda məlumatı Türkiyənin "Dünya bülteni" agentliyi bazar ertəsi məlumat yayıb.

Xəlil Azzavi bildirib ki, Bərzaninin Türkiyəni ittiham etməsinə əsas görmür. Onun fikrincə, Kərkük məsələsində kürdlər, ərəblər və türkmənlərin fikir ayrılığının səbəbi siyasi məsələdən daha çox, iqtisadi resurslar uğrunda mübarizədir.

"Hesab edirəm ki, İraq siyasətçiləri balanslı siyasət yürüdərək Kərkük probleminin həllinə nail ola biləcəklər" - deyə vitse-prezidentin müşaviri çərşənbə axşamı Bağdaddan bildirib.

Kərkük Strateji Araşdırmalar Mərkəzinin direktoru Əhməd Təqiy isə, hesab edir ki, Kərkükün statusunun kürdlərinin xeyrinə həll edilməsi regionda Kürdüstan dövlətinin yaradılmasının başlancığı ola bilər.

"Kərkükə neytral status verilməli və bu bölgənin taleyi kürdlərdən çox ərəblər və türkməklərin mənafeyinə uyğun həll edilməlidir" - deyə Təqiy Trend -a bildirib.

Onun fikrincə, Kərkük neft yataqları ilə zəngin olduğu üçün, kürdlər bu bölgəyə iddialıdırlar. Politoloq hesab edir ki, kürdlərin Kərkükə iddialı olması region dövlətləri üçün də təhlükə yaradır.

"Amma fikrincə, nə Türkiyə, nə İraq, nə də digər qonşu ərəb dövlətləri regionda yeni Kürdüstan dövlətinin yaranmasına imkan verəcəklər" - deyən ekspert əlavə edib ki, Bərzaninin Türkiyəni rəsmi Bağdadın işlərinə qarışmaqda ittiham etməsi əsassızdır.

İngiltərənin Lox-Borrox Universitetinin politologiya elmləri doktoru, Türkiyə üzrə ekspert Bezen Balamir Coşqun hesab edir ki, Kərkükdə kürdlərin üstünlüyu ələ almaq ehtimalı Türkiyəni çox narahat etdiyi üçün rəsmi Ankara İraq hakimiyyətini xəbərdarlıq edir. Bərzani isə bunu Kərkükün statusunun müəyyənləşməsinə "müdaxilə" kimi qiymətləndirir.

Xanım Coşqun xatırladıb ki, Türkiyə Konstitusiyasının tələbinə görə, Kərkükün statusunun həlli üçün referendum keçirilməlidir, lakin Kərkükdəki son demoqrafik dəyişikliklər rəsmi Ankaranı narahat edir. Çünki Kərkükün etnik tərkibini dəyişdirilməsi və bu yolla mümkün referendum üzərində manipulyasiya edilməsi üçün ora İraq kürdləri köçürülüb: "Bu referendumla da Kərkükün kürd administrasiyasına birləşdirilməsi, yaxud İraqın tərkibində qalacağı müəyyənləşəcək. Ona görə də Türkiyə bu məqamı çox təhlükəli hesab edir"-deyə politoloq çərşənbə axşamı Londondan bildirib.

Ekspertə görə, Türkiyəni narahat edən digər mühüm məqam Kərkük bölgəsinin neft ehtiyatları ilə zəngin olmasıdır.

"Kürdlərin Kərkük neftini ələ keçirməsi Türkiyə üçün çox dəhşətli nəticələr yarada bilər. Belə ki, neftin küdrlərə siyasi rıçaqlar verməsindən başqa, həm də Türkiyənin İraqın şimalında PKK-ya qarşı mübarizəsini boşa çıxara bilər" - deyə Coşqun bildirib.

Onun sözlərinə görə, kürdlərin Kərkükə nəzarəti ələ keçirmək ehtimalı Türkiyə millətçilərini daha çox qıcıqlandırır, onlar Türkiyə üçün çox ədalətsiz və əlverişsiz olmuş 1920 - ci il Mosul müqaviləsini xatırladır. Hətta bəzi qatı millətçilər hesab edirlər ki, Türkiyənin Kərkük neftinə sahib çıxmağa haqqı var.

"Lakin Türkiyə Kərkük məsələsində ədalətli mövqe tutmağa çalışır. Onun ədalətli siyasətinin yanlış qəbul edilməsi Türkiyə və İraqın kürd administrasiyası arasında münasibətlərə mənfi təsir göstərir" - deyən politoloq əlavə edib ki, rəsmi Ankaranın Kərküklə bağlı nə qədər şanslı olması məsələsi hələ açıq qaldıqca Türkiyənin böyük ticarət sövdələşmələrinə ehtiyacı var. Amma Türkiyə sonda Kərkükün kürdlərin nəzarətinə keçməməsi üçün diplomatik yollarla həm İraq, həm də Amerika rəhbərliyini razı salmalıdır.

İraqın əsasən türklər, ərəblər, kürdlər, həmçinin, aşurların yaşadığı Kərkük şəhəri 1926 - cı ildə İngiltərə ilə Türkiyə arasında imzalanmış Ankara müqaviləsi ilə İraqın tərkibinə verilib. 1976 - cı ildən İraqda idarəçilik strukturları dəyişdirilərək, yeni vilayətlər yaradılıb və türklərin sıx yaşadığı ərazilər parçalanıb. Kərkük şəhərinin statusu müəyyənləşməmiş qalır.

"İstənilən halda Türkiyə həm Amerika, həm İraq rəhbərliyi, həm də İraqın kürd administrasiyası ilə yaxşı münasibətlərin olmasının tərəfdarıdır. Kərkükün statusu probleminin diplomatik yolla həll etməsi üçün bütün ittihamlara, gizli sövdələşmələrə və sui-qəsdlərə son qoyulmalıdır" - deyə Türkiyə üzrə ekspert bildirib.

Məqalənin hazırlanmasında Ü.Sadıqova və R.Hafizoğlu iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Astarada torpağa basdırılmış narkotik aşkarlanıb
Astarada torpağa basdırılmış narkotik aşkarlanıb
Qazaxda koronavirus xəstəsinə cinayət işi başlandı
Qazaxda koronavirus xəstəsinə cinayət işi başlandı
Balakəndə koronavirus xəstəsi barədə cinayət işi başlanılıb (FOTO)
Balakəndə koronavirus xəstəsi barədə cinayət işi başlanılıb (FOTO)
Loading Bars
Xəbər lenti
Laçına kiçik ailə biznesləri ilə qayıdacaqlar
AzerTelecom şirkətinin Xəzərin dibi ilə rəqəmsal infrastruktur layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib (FOTO)
Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanılıb (ÖZƏL)
Laçın rayonunun təhsil statistikası açıqlanıb
Astarada torpağa basdırılmış narkotik aşkarlanıb
Gəncədə evdən icazəsiz çıxan 5 koronavirus xəstəsi saxlanılıb
Qazaxda koronavirus xəstəsinə cinayət işi başlandı
Azərbaycan qalib ölkədir – Türkiyə hökuməti
Üç rəngli bayraq Azərbaycanın bütün torpaqlarında dalğalanacaq - Hüseyn Altınalan
Balakəndə koronavirus xəstəsi barədə cinayət işi başlanılıb (FOTO)
Laçında Azərbaycan bayrağı qaldırılıb (VİDEO)
Laçında rekreasiya, içki sənayesi və turizm üçbucağı yaradıla bilər
Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı
Xırdalan dairəsi yaxınlığındakı körpünün tikintisi yekunlaşdırılıb (FOTO)
Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır - ŞƏRH
STAR neft emalı zavoduna xam neft emalı artıb
Dekabrın 1-də xarici valyutaların manata qarşı məzənnələri
Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert
Kolumbiya televiziyası erməni təcavüzünün nəticələrini işıqlandırıb (FOTO/VİDEO)
Bakıda kommunal tipli yaşayış binasında yanğın olub
Ceyhan terminalından 194 milyon barelə yaxın AÇQ nefti nəql edilib
Füzulidə her şey dağıdılıb - Rusiyanin "Dojd" telekanalının reportajı (VİDEO)
ABŞ-ın Viskonsin ştatının qubernatoru Cosef Baydenin qalib olmasını təsdiq edib
"Moderna" şirkəti ABŞ-da COVID-19 peyvəndinin istifadəsi üçün sorğu göndərib
Xorvatiyanın baş naziri koronavirusa yoluxdu
"OPEK plus" ölkələri görüşü 3 dekabr tarixinə qədər təxirə saldı
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Bakıda "Opel" yanıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 496 mindən çox artıb
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 404 mini keçib
Bu gün Laçın rayonu Azərbaycana qaytarılır
Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)
Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb (VİDEO)
Türkiyə Parlamenti beynəlxalq hüququn müdafiəçisi kimi çıxış etdi
Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar
Türkiyə koronavirusa qarşı tədbirləri sərtləşdirir
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 2021-ci il 1 dekabra qədər təxirə saldı
Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik edib
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi (FOTO)
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkür edib
“CIFAL” qrupunun prezidenti Azərbaycan Prezidentini təbrik edib
Gürcüstanda zəlzələ olub
Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb (FOTO)
Azərbaycan plastik istifadəsinin azaldılmasını hədəfləyir
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri Azərbaycana gətirilib (FOTO/VİDEO)
Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurası Prezident İlham Əliyevə müraciət edib
Mingəçevir Dövlət Universitetində tələbələrlə silsilə görüşlər keçirilib (FOTO)
Türkiyəli deputat Şamil Ayrım Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Deputatlar bələdiyyələrdə yaradılmış gender əsaslı komissiyalar üçün seminar-təlimlərdə iştirak ediblər
Distant təhsilin müddəti uzadıldı - QƏRAR
Türkiyəli minaaxtaranlar işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb
28 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən olunub
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın yeni tərkibi təsdiqlənib
Ceyhun Bayramov moldovalı həmkarı ilə telefonla danışıb
Türkmən Həkimləri Dərnəyinin sədri Azərbaycan Prezidentini təbrik edib
18 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi (FOTO)
Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıb (FOTO)
Yüklərin Azərbaycandan daşınması artıq yeni mərhələnin başlanmasının işarəsidir - Deputat
25 minə yaxın şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Paşinyan Putinlə görüşə nail ola bilmədi - Səfər ləğv edildi
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi
Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib
FHN-in Laçında yerləşəcək binasının lövhəsi hazırdır
Dekabrın 1-də manatın dollara qarşı məzənnəsi
Prezidentə yazırlar: Siz bu xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz
“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib
Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib
Pakistan Senatının üzvü, partiya sədri Prezident İlham Əliyevi təbrik edib
İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident
İraq Parlamentinin Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik, o da qayıtsın, tam olaq, arzumuza çataq - Deputat
Roberto Karlos və gənc azərbaycanlı futbolçular - Onlayn dünya çempionatının püşkü atılıb
Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi
BNA 3,5 milyon manatlıq müqavilə imzalayıb
Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi
İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana dəstək
Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi (FOTO)
Erməni xalqı Paşinyanı bağışlamayacaq - Sabiq prezident
Dəmiryolçu şəhidlərimizi tanıyaq (FOTO)
Şəhid anası: Oğlum öz şəklinə baxıb dedi ki, bir gün bu şəkildə şəhid görəcəksən (FOTO)
İşğaldan azad olunan ərazilərə səfər etməyin - Baş Prokurorluqdan xəbərdarlıq (VİDEO)
PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu ilk beynəlxalq mükafatını aldı
Ermənistan təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98-ə çatdı - Prokurorluq
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib (FOTO)
Yelo Bank-dan mikrokreditlərə tam yeni yanaşma
Yaşayış yerini tərk edən aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
İranda sutka ərzində 13 mindən çox şəxs koronavirusa yoluxub
“AccessBank” mülki müdafiə təlimlərini davam etdirir (FOTO)
Qazax sakinindən narkotik vasitə götürülüb (FOTO)
Bitkoin 4 faiz bahalaşıb
Şuşa yolunun minalardan təmizlənməsinə başlanılıb - ANAMA
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)
Azərbaycanda zərərsizləşdirilən minaların sayı açıqlandı
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
İranlı alim necə öldürüldü? - Sui-qəsdin təfərrüatları
ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir
Bütün xəbərlər