...

Türkiyə və Rusiyanın XİN başçıları "Qafqaz İttifaqı" təşəbbüsünü müzakirə ediblər

Siyasət Materials 22 Avqust 2008 15:45 (UTC +04:00)
Türkiyə və Rusiyanın XİN başçıları "Qafqaz İttifaqı" təşəbbüsünü müzakirə ediblər

Azərbaycan, Bakı, 22 avqust / , müxbir S.İlhamqızı/ Türkiyənin xarici işlər naziri Əli Babacan cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığında Qafqazda "sülh və əməkdaşlıq platforması"nın yaradılması məsələsini müzakirə edib. Bu barədə CNN-Türk telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, tərəflər bölgədə sülh və əməkdaşlıq qurumunun yaradılması məsələsinin detalları ilə bağlı fikir mübadiləsi aparıblar. Rusiya və Türkiyə rəsmilərinin iştirakı ilə müştərək tədbir keçirilməsi və Qafqazda İttifaqın yaradılması məsələsinin orada geniş müzakirə edilməsi qərara alınıb.

Türkiyə rəsmilərinin eyni məsələ ilə bağlı Ermənistan rəhbərliyi ilə də müzakirələr aparacağı gözlənilir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Qafqaz sülh və əməkdaşlıq platforması" təşəbbüsünü Gürcüstan prezidenti Mixail Saakaşvili, Rusiya prezidenti Dmitriy Medvedev, Azərbaycan prezidenti İlham Əliyevlə də müzakirə edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti