...

Atəşkəs razılaşması pozulmaq təhlükəsi altındadır - Aleksandr Stabb

Siyasət Materials 22 Avqust 2008 19:37 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Vitse-polkovnik Stiven Yanqın başçılıq edəcəyi ATƏT-in 20 nəfərdən ibarət Müşahidəçilər Qrupu bu həftənin sonunadək Gürcüstana gələcək. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Finlyandiya XİN-nin rəhbəri Aleksandr Stabb Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili ilə birgə mətbuat konfransında bəyan edib.

"Yanqın Cənubi Osetiyada iş təcrübəsi var, mənə elə gəlir ki, müşahidəçilərimiz gürcü-osetin münaqişəsi zonasında vəziyyəti tam nəzarət altına alacaq və obyektiv informasiyanı təqdim edə biləcəklər. Onlar Cənubi Osetiyaya nə qədər tez gəlsələr, bir o qədər yaxşıdır", - Stabb qeyd edib.

ATƏT-in fəaliyyətdə olan sədri atəşkəs razılaşmasının əməl olunmasına dair narahatlığını bildirib. "Bu razılaşma pozulmaq təhlükəsi altındadır və indi Gürcüstandan Rusiya qoşunlarının çıxardılmasını təmin etmək lazımdır. Mən ümid edirəm ki, bizim müşahidəçilər bu vəzifənin yerinə yetirilməsində kömək edəcəklər", - Stabb vurğulayıb.

"Biz münaqişənin tənzimlənməsini beynəlxalq arenaya da çıxartmalıyıq. BMT, NATO, Aİ, ATƏT, digər təşkilatlar və Rusiya münaqişə zonasına hansı beynəlxalq sülhməramlıların daxil olması, hansı siyasi prosesin qənaətbəxş və hansı uzunmüddətli perspektivin əlverişli olması məsələlərini müzakirə etməlidirlər", - ATƏT sədri qeyd edib.

Gürcüstan XİN-nin rəhbəri əminliyini bildirib ki, ATƏT müşahidəçilərinin sayı tezliklə artacaq. "İlk növbədə, bizə Rusiyanın öz qoşunlarını Gürcüstanda saxlamaq imkanını əldə etməməsi üçün atəşkəs razılaşmasının əməl olunması lazımdır. Gərginlik aradan qalxdıqdan sonra başlıca vəzifə, Gürcüstanın ərazi bütövlüyünün bərpasıdır",- o deyib.

Xəbər lenti

Xəbər lenti