...

Azərbaycan parlamentinin komissiyası Xəzər dənizinin sahil boyu yerləşən ərazilərində şəxsi evlərin tikilməsinə qoyulan qadağanı ləğv edib

Siyasət Materials 10 Sentyabr 2008 14:37 (UTC +04:00)
Azərbaycan parlamentinin komissiyası Xəzər dənizinin sahil boyu yerləşən ərazilərində şəxsi evlərin tikilməsinə qoyulan qadağanı ləğv edib

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin Aqrar siyasət məsələləri komissiyası Xəzər dənizinin sahil boyu yerləşən ərazilərində şəxsi evlərin tikilməsinə qoyulan qadağanı ləğv edib.

"Torpaq islahatı haqqında" qanuna əsasən, Xəzərin 80- 130 metr sahilyanı zolağında yerləşən torpaqlar dövlət torpaqları hesab olunurdu və orada şəxsi mülkiyətlərin tikilməsi qadağandır", parlamentin Aqrar siyasət məsələləri daimi komissiyasının çərşənbə günü keçirilən iclasında komissiya sədri Eldar İbrahimov bildirib.

Trend -un məlumatına görə, komissiyanın iclasında "Torpaq islahatı haqqında" qanuna edilən əlavə və dəyişikliklər müzakirə olunub və təsdiqlənib.

İbrahimov qeyd edib ki, qanunun qadağan etməsinə baxmayaraq, Xəzərin sahillərində yerləşən dövlət torpaqlarında böyük sayda şəxsi evlər tikilib.

"İndi onların sökülməsi problemdir. Hətta həmin evlərin sökülməsini insan hüquqlarının pozulması kimi də qiymətləndirə bilərlər. Ona görə də həmin evlərin tikintisini qanuniləşdirmək üçün Xəzərin sahilində yerləşən dövlət torpaqlarının 20- 50 metr məsafəyə qədər azaldılması təklif olunur. Dəyişiklik təsdiq ediləndən sonra vətəndaşlar dənizdən 20- 50 metr məsafədə şəxsi evlər tikə bilərlər", İbrahimov əlavə edib.

Komissiya dəyişikliyi təsdiqləyib və parlamentdə müzakirə olunmasını tövsiyə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti