...

Əfqanıstanda kamikadzenin hücumu 2 nəfərin ölümünə səbəb olub

Siyasət Materials 15 Sentyabr 2008 12:12 (UTC +04:00)

Əfqanıstan, Kabil, 15 sentyabr / Trend , A.Həkimi / Əfqanıstanın Qəndəhar vilayətində kamikadzenin qəsdi nəticəsində 2 nəfərin ölüb, 15 nəfər yaralanıb. Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bazar günü bəyanat yayaraq məlumat verib.

Trend un Kabildəki müxbirinin məlumatına əsasən, Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir ki, ötən gün səhər saat 9:45 radələrində naməlum şəxs BMT-nin Əfqanıstandakı nümayəndəliyinə məxsus "Suzuki" markalı avtomobili Qəndəhar vilayətinin Buldək şəhərində kütlə üzərinə sürüb. Partlayış nəticəsində avtomobilin içərisində olan BMT nümayəndəliyinin 2 həkimi ölüb, ətrafdakı dinc sakinlərdən isə 15 nəfər yaralanıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Daxili İşlər Nazirliyinin bəyanatında kamikadzenin kimliyi açıqlanmayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti