...

Gənclərin problemlərinin həll edilməsi üçün vahid təşkilatlar yaradılmalıdır - Misirin birinci xanımı (video)

Siyasət Materials 24 Sentyabr 2008 13:52 (UTC +04:00)
Gənclərin problemlərinin həll edilməsi üçün vahid təşkilatlar yaradılmalıdır - Misirin birinci xanımı (video)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir S.Ağayev/ Dünya gənclərinin problemlərinin həll edilməsi üçün vahid təşkilatların yaradılması lazımdır, - çərşənbə günü Bakıda Dünya Gənclərinin Məşğulluq Sammitində (YES) Misirin birinci xanımı Süzanna Mübarək deyib.

Onun sözlərinə görə, bu işdə böyük dəstəyi YES-də iştirak edən ölkələrin dövlət təşkilatları göstərib. "Bizim işdə başlıca məsələ - gənclərin istəyinin eşidilməsidir. Biz yaşayış təhlükə altında olan və sahibkarlıq fəaliyyəti olmayan ölkələrin gənclərinin problem və iradlarını nəzərdən keçirməliyik", - o deyib.

Xanım Mübarəkin sözlərinə görə, qlobal poblemlərin həll edilməsi üçün gəncləri fəaliyyətin bütün sahələrinə, o cümlədən iqtisadi, gender və ekoloji sahələrə cəlb etmək lazımdır.

Gənclərin sahibkarlıq fəaliyyətinə başlaması üçün onlara kreditlər verilməlidir, - o hesab edir.

"Bizim iş planımızın əsas şərtləri - gənclərin müasir cəmiyyətin inkişafına cəlb edilməsindən ibarətdir", - Xanım Mübarək qeyd edib.

Misirin birinci xanımının fikrincə, bundan başqa sülh naminə dialoqun irəliləməsi də əhəmiyyət kəsb edir. "Şarm-əl-Şeyxdə keçirilmiş ötən forumda gənc sahibkarlar gənclərin həyatının uğurlu və sağlam inkişafı üçün sülhün lazım olması barədə yekdil fikrə gəliblər. Bu təkcə hərbi münaqişələrin həllinə yox, həm də müasir həyatın bütün sahələrinə aiddir", - xanım Mübarək vurğulayıb.

"Sammit çərçivəsində Syber təşəbbüsünün yaradılması müzakirə ediləcək ki, bu da Şərq cəmiyyətində sülh naminə dialoqa kömək edəcək", - o deyib.  

Dünya Gənclərinin IV Məşğulluq Sammiti Heydər Əliyev Fondu, Azərbaycanın Gənclər və İdman Nazirliyi və Gənclərin Məşğulluq Sammiti (YES) tərəfindən təşkil edilib.

Xəbər lenti

Xəbər lenti