...

Gürcüstanda hakimiyyətin adekvat hərəkətləri böhrandan yayınmağa kömək edəcək - Nino Burcanadze

Siyasət Materials 27 Sentyabr 2008 15:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Demokratik İnkişaf Fondunun prezidenti, Gürcüstan parlamentinin keçmiş sədri Nino Burcanadze hesab edir ki, ölkədə siyasi böhrandan yayınmaq və yaranmış vəziyyətdən çıxış yolunu tapmaq üçün hakimiyyətin adekvat cavabı lazımdır. "Demokratik proseslərin və siyasi böhrandan yayınmanın qarantı hakimiyyətin adekvat hərəkətləri, Gürcüstan və Rusiya arasında birbaşa münaqişənin nə vaxt başlaması ilə bağlı avqust hadisələrinin təhqiqatını aparan komissiyanın real cavabı olacaq", - Burcanadze "Sakartvelos Respublika"ya müsahibəsində deyib.  

"İndi hakimiyyət vaxt udmaq və ağrını kəsməyə çalışmaqla, suallara cavab verməmək istəyir. Lakin onlar cəmiyyətə nə qədər tez cavab versələr, bir o qədər həm onların özü və ölkə üçün yaxşı olacaq", - o qeyd edib.

Bununla yanaşı, Burcanadze vurğulayıb ki, "müharibədən yayınmaq mümkün idimi sualı, Gürcüstan hakimiyyətinin cavab verməli olduğu əsas cavabdır".

"Bu, hakimiyyətin çox ciddi və əsaslı cavab verməli olduğu sualdır. Bu, çox mühüm sualdır, belə ki, bu təxribatdan yayınmağın mümkün olması və hakimiyyətin bu bədbəxtlikdən yayınmaq üçün səriştəsinin çatmaması aşkarlanarsa, bunu hakimiyyətin səhvi adlandırmaq olmaz. Bu, ölkə qarşında cinayətdir ki, ona adekvat reaksiya olmalıdır", - keçmiş spiker bəyan edib.

Burcanadze qeyd edib ki, ölkənin yaranmış vəziyyətdən çıxması ilə bağlı birmənalı üsul yoxdur.

"Real vəziyyət çox mürəkkəbdir, lakin ağılla hərəkət etsək, özümüzü hər şeyin yaxşı olması və qalib gəlmişik fikirləri ilə sakitləşdirməsək, çıxılmaz deyil. Buna görə də, gəlin öz-özümüzü aldatmayaq. Yaramızı sağaltmaq, problemlərimizi həll etmək, Gürcüstanı birləşdirmək və ya gələcək nəsillərə vahid Gürcüstanda yaşamaq perspektivini qoymaq üçün nəyin lazım olduğunu biz dəqiq bilməliyik", - o hesab edir.

"Gürcüstan prezidenti demokratiyanın yeni dalğası haqqında danışarkən faktiki etiraf edib ki, demokratiya baxımından ölkədə ciddi problemlər mövcuddur , - deyən Burcanadze vurğulayıb ki, əgər prezident "ölkədə KİV-in azadlığını, təhqiqat üzrə komissiyanın olmasını və onun lazımi səviyyədə işləməsini doğrudan istəyirsə", bunun üçün yalnız onun siyasi iradəsi lazımdır və bu zaman dünya prezidentin demokratiyanın yeni dalğası haqqında səmimi danışdığının şahidi olar.

Xəbər lenti

Xəbər lenti