...

Aİ üçün Gürcüstanda monitorinq missiyasını yerinə yetirmək böyük məsuliyyət və şərəfdir - Ali Komissar

Siyasət Materials 30 Sentyabr 2008 17:12 (UTC +04:00)
Aİ üçün Gürcüstanda monitorinq missiyasını yerinə yetirmək böyük məsuliyyət və şərəfdir - Ali Komissar

Gürcüstan, Tbilisi, 30 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/Avropa İttifaqı üçün Gürcüstanda monitorinq missiyasını yerinə yetirmək böyük məsuliyyət və şərəfdir, - çərşənbə axşamı Tbilisidə Aİ - nin təhlükəsizlik məsələləri və xarici əlaqələr üzrə şöbəsinin Ali Komissarı Xavyer Solana deyib.

Solana bu bəyanatı, sabahdan Gürcüstanın münaqişə rayonlarının ətrafındakı bufer zonalarında monitorinqə başlayacaq Aİ - nin 200 müşahidəçisi ilə görüşdə edib. Bufer zonaları adlandırılan yerlərdən oktyabrın 10 -da Rusiya qoşunları çıxmalıdır. Görüşdə Gürcüstanın daxili işlər naziri Vano Merabişvili, onun müavini Yekaterina Zquladze və xarici işlər nazirinin müavini Nino Kalandadze iştirak ediblər.

"Biz Gürcüstan prezidenti və gürcü xalqı qarşısında söz verdik və üzərimizə öhdəlik götürdük, halbuki bunu etmək çox çətin idi, qısa müddətdə müşahidəçiləri təşkil edə bildik  və buna görə, müşahidəçilərini Gürcüstana göndərmiş ölkələrə təşəkkür etmək istəyirəm", - o bəyan edərək qeyd edib ki, Aİ Gürcüstanda sülhün və stabilliyin bərqərar olmasına çalışır.

Solana qeyd edib ki, Aİ "Gürcüstanın xeyri üçün işləyəcək". "Bizim bütün müşahidəçilərimiz öz vəzifələrini yerinə yetirəcəklər, lakin eyni zamanda, onlar Aİ və Gürcüstan arasında münasibətlərin dərinləşdirilməsi üzrə iş aparacaqlar. Gürcü xalqı Aİ əhalisindən heç nə ilə fərqlənmir və biz münasibətlərimizi dərinləşdirməliyik. Mənə elə gəlir ki, missiyamız buna xidmət edəcək", - o deyib.

Solana "Aİ- nin Gürcüstanın problemlərinin həllinə çox ciddi cəlb edildiyini"deyib. "Biz gələn ay Gürcüstanın dəstəklənməsi üzrə yeni konfransın keçirilməsinə hazırlaşırıq", - o vurğulayıb.

Ali Komissar müşahidəçilərə müraciət  edərək deyib ki, onlar çox vacib missiyanı yerinə yetirirlər və gələcəkdə bu fəaliyyətlə fəxr edəcəklər.   

Xəbər lenti

Xəbər lenti