...

Gəncə şəhərində seçki bildirişlərinin paylanılmasına başlanılıb

Siyasət Materials 7 Oktyabr 2008 14:13 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov / Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 365 kilometr aralı) Gəncə şəhərində bu gündən seçki bildirişləri paylanılmağa başlanılıb. Bu barədə çərşənbə axşamı Trend -a Gəncədə fəaliyyət göstərən Dairə Seçki Komissiyalarından (DSK) məlumat veriblər.

Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Məlmumata görə, hazırda seçicilərin təxminən 20 faizi bildirişlərlə təmin olunub. Üç gün müddətinə isə bildirişlərin paylanılması prosesinin sona çatdırılması nəzərdə tutulur. Dairələrdən verilən məlumata görə, Gəncədə seçici siyahılarında 140 995 nəfər yer alıb. Oktyabrın 7-nə olan məlumata görə, seçicilərdən 1050 nəfərinə qeydiyyatdan çıxma vəsiqəsi verilib.

Bundan başqa, Gəncədə 1067 nəfər müşahidəsi qeydiyyata alınıb ki, onlardan da 546 nəfəri siyasi partiyaların tərkibində, 137 nəfəri öz təşəbbüsü ilə müşahidə aparacaq, 384-ü isə qeyri-hökumət təşkilatlarının nümayəndələridir.

Gəncədə dörd (37, 38, 39, 40 saylı) Dairə Seçki Komissiyası, 104 seçki məntəqəsi var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti