...

Azərbaycanda KİV-lərə Dəstək Fondunun əsasnaməsi Prezident Aparatına təqdim olunacaq

Siyasət Materials 9 Oktyabr 2008 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan Mətbuat Şurasının katibliyində Kütləvi İnformasiya Vasitələrinə (KİV) Dəstək Fondunun əsasnaməsi, qrantların, kreditlərin ayrılması, subvensiyaların, supsidyaların və ünvanlı yardımların verilməsi ilə bağlı sənədlərin layihəsinin hazırlanması yaxın zamanlarda başa çatdırılacaq.

"Hazırda sənədlərin hazırlanma prosesi aparılır. Sənədlər hazır olandan sonra Mətbuat Şurasında müzakirə ediləcək və təxminən oktyabr ayının sonunda Prezident Aparatına təqdim olunacaq", cümə axşamı Trend -a Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trend -un arayışı: Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlarının iqtisadi çətinliyinin aradan qaldırılması üçün Mətbuat Şurası KİV-lərə Dəstək Fondunun yaradılması təklifi ilə iştirak edib. Azərbaycan prezidenti iyulun sonunda KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyanın təsdiqinə dair sərəncam imzalayıb.

O, sənədlərin kompleks halda olacağını da deyib. "Sənədlərdə əsasnamə və əsasnamədə görülən işlərin həyata keçirilməsi üçün xüsusi qaydalar olacaq", - deyə Mətbuat Şurasının sədri vurgulayıb.

Amaşov əlavə edib ki, KİV-lərə dövlət dəstəyi ilə bağlı konsepsiya təsdiq olunarkən üç ay müddətində dövlət dəstəyi fondu ilə bağlı təkliflərin Prezident Aparatına təqdim edilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, artıq Mətbuat Şurası bu istiqamətdə müəyyən işlər görübdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti