...

Azərbaycanda prezident seçkisində iştirak edən müxalifət partiyası seçki prosesini müşahidə edəcək

Siyasət Materials 13 Oktyabr 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanda prezident seçkisində öz namizədi ilə iştirak edən müxalif Ümid Partiyası səsvermə günü seçki dairələrində müşahidə aparacaq.

"70 dairədə səsvermənin gedişi və nəticələrin elan olunması ilə bağlı birbaşa müşahidə aparılacaq. Seçkinin nəticələri ilə bağlı qərarımız nə Mərkəzi Seçki Komissiyasının, nə də digər qurumların rəyləri ilə yox, yalnız aparacağımız müşahidələrə görə qiymətləndirəcəyik", - deyə Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Ağazadənin sözlərinə görə, müşahidələr zamanı saxtakarlıq hallarına rast gəlinərsə, partiya müvafiq addımlar atacaq. "Seçki günündən sonra atılacaq hər bir addım Konstitusiyaya uyğun olacaq", - deyə o bildirib.

Prezidentliyə namizəd təbliğat - itəşviqat kampaniyası ilə bağlı bəzi narazılıqlarını da bildirib. "Televiziya kanallarında reklam çarxlarından başqa, namizədlərə təbliğat üçün canlı efir vaxtı ayrılmayıb. Təbliğat kampaniyası dövründə Mərkəzi Seçki Komissiyasına altı şikayətlə müraciət olunsa da, onların heç birinə müsbət cavab alınmayıb", - deyə Ağazadə bildirib.

O, əlavə edib ki, ATƏT-in və digər beynəlxalq təşkilatların seçki prosesi ilə bağlı qiymətləndirmələri ilə razıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti