Azərbaycan, Bakı, 22 oktyabr/ Trend , müxbir R.Novruzov/ MDB dövlətləri kriminal avtobizneslə mübarizəni gücləndirmək niyyətindədir. MDB ölkələri daxili işlər nazirlərinin oktyabrın 23-də Soçidə keçiriləcək növbədənkənar iclasında kriminal avtobizneslə mübarizə məsələləri müzakirə ediləcək, - çərşənbə günü MDB - nin İcraiyyə Katibliyindən Trend -a bildiriblər.
İclasda kriminal avtobiznes, o cümlədən ağır yük daşıyan avtonəqliyyata cinayətkar qəsdlərlə mübarizə məsələlərini müzakirə etmək nəzərdə tutulur. "Minimal risk və xərclərlə cinayətdən böyük gəlirlərin əldə edilməsi avtobiznesi mütəşəkkil kriminal birlikləri üçün çox cəlbedici edib. Nəticədə, onun daimi inkişaf tendensiyası var, bu cinayətin həm coğrafiyası və həm də cinayətkarların tərkibi genişlənir, regionlararası və dövlətlərarası əlaqələr və bahalı avtomaşınların satışı və leqallaşdırılması kanalları formalaşdırılır", - MDB İcraiyyə Katibliyinin press - relizində bildirilir.
Katibliyin məlumatına əsasən, Rusiyada oğurlanmış avtomobillərin yerdəyişmə marşrutunun təhlili göstərir ki, satış üçün bu maşınlar tez - tez Baltika ölkələri, Belarus və Ukrayna ərazisi vasitəsilə Şərqi Avropa dövlətlərinə göndərilir. Öz növbəsində, Avstriya, Almaniya, Hollandiya və Polşada oğurlanmış avtonəqliyyat bu yolla daşınır.
2005 - 2007 - ci illərdə yalnız Rusiya Federasiyası ərazisində 2 min, Ukrayanda 700 - dən çox digər ölkələrdə oğurlanmış avtomobil aşkar edilib.
Problem Rusiya Federasiyası və Qazaxıstan Respublikasının sərhədyanı əməkdaşlığında da aktualdır. Sərhədlərin açıq olması oğurlanmış avtonəqliyyatın Qazaxıstan ərazisi ilə Mərkəzi Asiya ölkələrinə göndərilməsində istifadəyə imkan verir, - sənəddə qeyd olunur.
Bununla əlaqədar, MDB- də iştirak edən dövlətlərin daxili işlər nazirləri Şurası cinayətkarlığın bu növü ilə mübarizədə birgə səylərinin atırılması tədbirləri üzrə qərar qəbul edəcək. Iclasda Birlik ölkələrinin hüquq - mühafizə orqanları üçün xüsusi vasitələrin hazırlanması sahəsində Baza Elmi-Tədqiqat İdarəsinin işinin təşkili Reqlamentini təsdiqləmək planlaşdırılır.
Azərbaycanı iclasda daxili işlər naziri Ramil Usubov təmsil edəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]