...

Gürcüstanın iqtisadiyyat naziri donor yardımının prioritetlərini açıqlayıb

Siyasət Materials 25 Oktyabr 2008 11:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 oktyabr/ Trend , müxbir N. Kirtsxaliya/ Gürcüstanın iqtisadi inkişaf naziri Yekaterina Şaraşidze beynəlxalq donorların ayırdığı vəsaitin yönəldiləcəyi 4 əsas istiqaməti açıqlayıb. O bildirib ki, bu vəsaitlər qaçqınlara yardım və bu prosesə aid sosial layihələrə, sosial layihələrin maliyyələşdirilməsinə, birbaşa büdcə yardımına, infrastrukturun inkişafı və strateji layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Nazirin sözlərinə görə, ayrılan vəsaitlər 2 ildən 3 ilədək nəzərdə tutulub. 4,5 mlrd. dollar həcmində olan yardımın 2 mlrd.-ı qrant, 2,5 mlrd.-ı isə kredit şəklində olacaq, lakin bu kredit güzəştlidir və uzunmüddətli verilib.

250 mln. dollar həcmində olan birinci tranş noyabrda əldə olunacaq. Gələn il büdcəyə 500 mln. dolların köçürülməsi nəzərdə tutulub.

Şaraşidze vəsait və nəzarət mexanizmlərinin bölüşdürülməsi mövzusuna da toxunub və bildirib ki, büdcə vəsaitlərinə hökumət nəzarət edəcək, bilavəsitə donorlar tərəfindən ayrılan vəsaitlər üzərinədə nəzarəti isə donorların özləri, konkret olaraq OPIC, MCG və digər beynəlxalq təşkilatlar həyata keçirəcək.

"Mən hamını əmin etmək istəyirəm ki, hər bir sent məqsədyönlü xərclənəcək və bu proses tamamilə şəffaf olacaq", - deyə nazir bildirib.

Donorların vəsait yatırımına gəldikdə isə, Şarşidze bildirib ki, onlar əsasən yüksəkvoltlu ötürücü xətlər və qaz anbarlarının tikintisinə yönəldiləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti