Azərbaycan, Bakı, 04 noyabr / Trend /Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı respublikamızda Kosmik Sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqda sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, son illər ölkəmizdə qeyri - neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən Dövlət Proqramları və əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli coğrafi və iqtisadi məkanda yerləşməsi iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılmasını zəruri edir. Sərəncama əsasən, ölkədə yüksək texnologiyaların tətbiq olunmasına və ölkədə kosmik sənayenin yaradılmasına təkan verilməsi məqsədi ilə Nfzirlər Kabineti Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının layihəsini üç ay müddətində hazırlayıb, Prezidentə təqdim etməlidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Azərbaycan Respublikasının telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı müvafiq tədbirləri həyata keçirmək tapşırılıb. Sərəncam imzalandığı gündən qüvvədədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]