Əfqanıstan, Kabil, 05 noyabr/ Trend , müxbir A.Hakimi/ Çərşənbə günü "Taliban" hərəkatı tərəfindən Kabilə endirilən raket zərbəsi nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Bu barədə Trend -a telefonla Kabilin Təhlükəsizlik İdarəsinin rəhbəri Ayyub Salanqi bildirib. Onun sözlərinə görə, digər raket həmləsi nəticəsində isə üç uşaq ölüb, iki nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Zamri Bəşəri Trend -a bildirib ki, zərbə Kabilin Pektia Kut rayonuna endirilib.
Həlak olanlar dinc sakinlər olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend