...

Azərbaycanın çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq istiqamətində gördüyü işlər Strasburqda müzakirə olunacaq

Siyasət Materials 7 Noyabr 2008 14:47 (UTC +04:00)
Azərbaycanın çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq istiqamətində gördüyü işlər Strasburqda müzakirə olunacaq

Fransa, Strasburq, 07 noyabr/ Trend , müxbir A. Məhərrəmli/ Azərbaycanın çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq istiqamətində gördüyü işlər Strasburqda müzakirə olunacaq. "Noyabrın 12-14-də Strasburqda Avropa Şurasının çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizənin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) və Azərbaycan nümayəndə heyətinin ilk görüşü keçiriləcək", - bu barədə cümə günü Trend -a komitədən məlumat verilib.

Azərbaycanı tədbirdə Maliyyə, Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik, Vergilər nazirliklərinin, Milli Bankın, Dövlət Gömrük Komitəsi, Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edəcək.

Trend -un arayışı: Azərbaycan parlamenti çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair qanun layihəsini birinci və ikinci oxunuşda qəbul edib.

MONEYVAL 1997-ci ildə yaradılıb. AŞ üzvü olan 47 ölkədən 27-si MONEYVAL Komitəsinin üzvüdür. Azərbaycan da MONEYVAL-ın üzvü olduğu üçün bu qurum müştərək qiymətləndirmə sistemi üzrə ölkədə görülən işlər haqqında hesabatlar hazırlayır. Qurumun Azərbaycanla bağlı ilk hesabatı 2003-cü il dekabrın 10-da keçirilən plenar iclasda qəbul edilib.

Komitənin plenar iclasından əvvəl keçirilən tədbirdə Azərbaycanda çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı apardığı mübarizə üsullarının, Avropa Şuruası ilə bu sahədə gələcək əməkdaşlıq məsələlərinin, maliyyə sistemindən çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə edilməsinin qarşısının alınması üçün mübarizənin, o cümlədən bu sahədə qanunvericiliyin Avropa və beynəlxalq standartlara uyğun yerinə yetirliməsində Azərbaycan hakimiyyətinin milli və beynəlxalq səviyyədə əməkdaşlığı imkanlarının müzakirə edilməsi gözlənilir. İclas qapalı keçiriləcək.

Bundan əlavə, Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirlərinin vəziyyəti haqda müştərək qiymətləndirmə məruzəsinin MONEYVAL-ın dekabrın 8-12-də Strasburqda keçiriləcək növbəti plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti