...

AB Şimali Kipr türklərinə qarşı ikili standartlar tətbiq edir - Şimali Kiprin XİN başçısı

Siyasət Materials 14 Noyabr 2008 23:22 (UTC +04:00)

Şimali Kipr, Lefkoşa, 14 noyabr / Trend müxbir R.Hafizoğlu/ Avropa Birliyi Şimali Kipr türklərinə qarşı ikili standartlar tətbiq edir. Belə bir bəyanatla Şimali Kiprin XİN başçısı Turqay Avcı çıxış edib.

"Kipr problemi həll olunmadan AB Cənubi Kipri və Yunanıstanı öz sıralarına qəbul etdi",- deyə cümə günü Lefkoşada keçirilən brifinqdə Avcı bildirib.

Tədbirdə iştirak edən Trend müxbirinin verdiyi məlumata görə, Avcı qeyd edib ki, Yunanıstan AB-dəki bütün imkanlarından yararlanır ki, Şimali Kiprin inkişafına mane olsun.

Xəbər lenti

Xəbər lenti