Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir S. Kazımlı / Bakı şəhər sakinindən aksiz markası olmayan 1000 qutu tütün məmulatı aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend - a məlumat verilib.
Məlumata görə, noyabrın 18 - də nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Postunda Yardımlı rayon sakini Meyxoş Qubadovun idarə etdiyi "Ford - Tranzit" markalı mikroavtobusa nazirliyin Baş Cinayət - Axtarış İdarəsi əməkdaşları tərəfindən baxış keçirilib. Avtomaşında Bakı şəhər sakini Xalid Rzayevə məxsus aksiz markası olmayan 1000 qutu tütün məmulatı aşkar edilərək götürülüb və Qaradağ Rayon Polis İdarəsinə təhvil verilib.
Rzayev saxlanılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]