...

Gürcüstan parlamenti "Amnistiya haqqında" Qanun qəbul edib

Siyasət Materials 21 Noyabr 2008 19:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamenti cümə günü "Amnistiya haqqında" Qanunu üçüncü oxunuşda qəbul edib. Qanunun lehinə 91 deputat səs verib.

Amnistiya 12 801 nəfərə şamil olunacaq. Onlardan 3025 nəfərinə atıq hökm oxunub, 874 nəfər hələlik mühakimə olunmayıb, 5976 nəfər şərti məhkumdur, 2333 nəfərlə bağlı istintaq aparılır.

60 fəsildən ibarət "Amnistiya haqqında" qanun layihəsi cümə günü imzalanmaq üçün Gürcüstan prezidentinə təqdim olunacaq.

Qanun dərc olunandan sonra qüvvəyə minir.

Amnistiya Gürcüstanda noyabrın 23 - də qeyd olunan Müqəddəs Giorgi bayramına təsadüf edir.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti