...

ABŞ-ın xüsusi təyinatlı qüvvələri Azərbaycan hərbçilərinə treninqlər keçir

Siyasət Materials 1 Dekabr 2008 10:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Azərbaycan hərbçilərinə treninqlər, məsləhətləşmələr, kurslar keçiriləcək.

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri 1-5 dekabr tarixində növbəti treninq, Strateji Müdafiə İcmalının aparılması və yekun sənədin hazırlanması prosesinə dəstək göstərmək məqsədilə ABŞ-ın ekspert qrupu tərəfindən işçi görüş, Ştutqard şəhərində hüquq məsləhətləşmələri, 3 dekabr - 23 oktyabr tarixində San-Antonio şəhərində beynəlxalq zabit kursu keçiriləcək.

Azərbaycan əvvəllər Avropadakı ABŞ Silahlı Qüvvələri Komandanlığı ilə ölkələrin Silahlı Qüvvələrinin hərbi əməkdaşlığına dair planı təsdiq edib. Fəaliyyət planına müvafiq olaraq, ABŞ, Silahlı Qüvvələrin müasirləşdirilməsi, müasir silahlarla təmin edilməsi, hərbi kadrların peşəkarlığının artırılması məsələlərində Azərbaycana yardım edəcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti