...

Türkiyə Azərbaycandan qaz idxalını xeyli artırıb

Siyasət Materials 3 Dekabr 2008 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr/ Trend / Türkiyənin Dövlət Boru Kəməri Şirkəti Botas yanvar - oktyabrda Azərbaycandan 3,82 mlrd. kubmetr qaz idxal edib ki, bu da 2007- ci il ərzində idxal edilmiş qazdan 2,54 mlrd. kubmetr çoxdur, - şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir.

Azərbaycan "Şahdəniz" dəniz yatağından hasil edilən qazı Cənubi Qafqaz boru kəməri ilə Türkiyəyə ixrac edir.

Yanvar-oktyabrda Botas müxtəlif mənbələrdən Türkiyəyə təxminən 31,5 mlrd. kubmetr qaz idxal edib. Ümumilikdə 2007- ci il ərzində bu göstərisi 36,5 mlrd. kubmetrə bərabər olub. Bu dövrdə Rusiyadan Türkiyəyə 19,4 mlrd. kubmetrdən çox qaz tədarük edilib. 2007- ci ildə isə, bu göstərici 23,1 mlrd. kubmetrdən çox olub. İrandan, ötən ilin yanvar - dekabrındakı təxminən 6,2 mlrd. kubmetrə qarşı təxminən 3,4 mlrd. kubmetr qaz idxal edilib.

Türkiyə yanvar - oktyabrda Nigeriyadan və Əlcəzairdən, müvafiq olaraq, təxminən 3,6 mlrd. kubmetr və 399 mln. kubmetr mayeləşdirilmiş qaz idxal edib.

"Şahdəniz" yatağının işlənilməsinə dair müqavilə 1996 - cı il iyunun 4 - də imzalanıb. Müqavilənin iştirakçıları aşağıdakılardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz.

Xəbər lenti

Xəbər lenti