...

Gürcüstanda yeni səfir  təyinatları olub

Siyasət Materials 4 Dekabr 2008 18:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın dörd yeni səfiri olacaq, - Gürcüstan parlamentindən xəbər veriblər. Kipr Respublikasına səfir 2005-ci ildək bu günədək Gürcüstanın İsraildəki konsulu  olmuş Vladimir Konstantinidi təyin edilib. Macarıstan və Serbiyada Gürcüstanın səfiri Zviad Çumburidze olacaq. O, 2002-ci ildə Yunanıstanda, 2007-ci ildə eyni zamanda Xorvatiyada səfir vəzifəsini də icra edib.

Çexiyada səfir vəzifəsinə Nino Nakaşidzenin namizədliyi təqdim edilib. Keçmiş deputat 2008-ci ilin iyunundan Daxili İşlər Nazirliyinin Avrointeqrasiya Departamentində Avropa Şurası İdarəsinin rəhbəri vəzifəsini tutub. Gürcüstanın İsraildəki səfiri vəzifəsində Vaxtanq Cioşvili işləyəcək.O, Gürcüstanın Fransa və Portuqaliyadakı səfirliyinin baş müşaviri və Gürcüstanın YUNESKO - da daimi nümayəndəsi olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti