...

Osetin tərəfi münaqişə zonasında Gürcüstan polisi bölmələrinə atəş açıb

Siyasət Materials 5 Dekabr 2008 11:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Osetin tərəfi cümə günü Cənubi Osetiyada Gürcüstan polisinə atəş açıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.

Cümə günü saat 07.30-da Xevçua kəndindəki Osetin postundan Mereti kəndindəki polis bölməsinə iri çaplı minaatanlardan atəş açılıb.

"Atışma nəticəsində polis bölməsinin yaxınlığındakı binaya zərər dəyib, polislərin öz binasında isə partlayış dalğasından pəncərələr sınıb. İtki yoxdur", - deyə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti