...

Gürcüstan prezidenti yenilənmiş ölkə hökumətinə xeyir-dua verib

Siyasət Materials 10 Dekabr 2008 15:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti yenilənmiş ölkə hökumətinə uğurlar arzulayıb. O, bu barədə çərşənbə günü Nazirlər Kabinetinin iclasında bəyan edib. "Biz hökumətə yeni "qan köçürmüşük" və o ciddi şəkildə yenilənib. Düşünürəm ki, yeni Nazirlər Kabineti qısa müddətdə etibar qazana bilmiş Baş nazir Mqaloblişvilinin rəhbərliyi altında uğurla və dinamik işləyə biləcək", - Saakaşvili deyib.

Gürcüstan prezidenti vurğulayıb ki, bu vaxt ərzində ölkənin Avropa İttifaqının standartlarına yaxınlaşacağına və orduda islahatlar aparılacağına ümid bəsləyir. "Qarşımızda dayanan çağırışlara cavab vermək üçün bizə daimi islahatlar aparmaq vacibdir", - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, ağır çağırışlar şəraitində hökumət birləşməli və gecə-gündüz işləməlidir. "Mən sizi əhali ilə birbaşa əlaqələr yaratmağa və onun tələblərinə qulaq asmağa çağırıram", - Gürcüstan prezidenti bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti