...

Azərbaycanda yeni siyasi partiyanın yaradılması üçün münasib şərait yetişməyib- Təşəbbüs Qrupunun rəhbəri

Siyasət Materials 22 Dekabr 2008 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycanda ilin sonuna nəzərdə tutulan yeni müxalifət partiyasının yaradılması tezliklə baş tutmayacaq.

"Təşəbbüs Qrupu  bu qənaətə gəlib ki,yeni siyasi partiyanın təsis edilməsi üçün münasib şərait yetişməyib  və bunun üçün  əlavə  vaxta ehtiyac var", - bazar ertəsi Trend -a yeni yaradılacaq partiyanın Təşəbbüs Qrupunun rəhbəri, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

Trend - un arayışı: Aydın Quliyev1992-1998 - ci illərdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. 1998-ci ildə YAP-dan istefa verib. Müxalifəti təmsil edən Azərbaycan Demokrat Partiyasına keçb. təşkilatın ideoloji katibi  Vəzifəsində işləmiş Quliyev 2007-ci ildə ADP sıralarından gedib.

Onun sözlərinə görə, öz tarixi missiyasını uğursuz və ya tam icra etmiş bəzi ənənəvi qüvvələrin siyasi səhnəni tərk etməsi prosesi hələ başa çatmayıb.

"Bundan başqa, yeni partiyalara ictimai tələbin ideoloji xarakteri tam aydınlaşmayıb. Cəmiyyətin hazırda liberal, sağçı, solçu, mərkəzçi kimi ideoloji partiya platformalarından hansına daha çox ehtiyac hiss etdiyi məlum deyil", - Quliyev əlavə edib.

Təşəbbus Qrupunun rəhbəri deyib ki, yeni partiyanın strateji hədəfləri, Nizamnaməsi işlənib başa çatsa da,düşünürük ki,  belə qeyri-müəyyən şəraitdə təsis olunması  partiya yaratmaq  naminə addım kimi qiymətləndirilə bilər. Ona görə də,yeni partuyanın təsis edilməsi 2009-cu ilin əvvəllərinə saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti