...

"İrəli" İctimai Birliyi Azərbaycan gənclərinin məqsədlərinin reallaşdırılmasına geniş meydan olacaq – Azərbaycanın əməkdar artisti (video)

Siyasət Materials 24 Dekabr 2008 14:11 (UTC +04:00)
"İrəli" İctimai Birliyi Azərbaycan gənclərinin məqsədlərinin reallaşdırılmasına geniş meydan olacaq – Azərbaycanın əməkdar artisti (video)

Azərbaycan, Bakı, 24 dekabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın yeni İctimai Birliyi "İrəli", gənclərin məqsədlərinin reallaşdırılmasına meydan olacaq. Bu barədə çərşənbə günü Trend -a Azərbaycanın əməkdar artisti, müğənni Tünzalə Ağayeva bildirib.

Onun sözlərinə görə, "İrəli"nin üzvlərini yüksək məqsədlər birləşdirir. "Gənc insanlar Azərbaycançılıq idealogiyasını reallaşdırıcaqlar. Birlik gənclərin öz potensiallarını həyata keçirməsinə imkan yaradacaq", - deyə Ağayeva bildirib.

"İrəli" ümumrespublika gənclər hərəkatının sıraları altı min nəfərdən çoxdur. Hərəkat üç illik fəaliyyəti dövründə müxtəlif istiqamətli 500 - dən çox layihə həyata keçirib. "İrəli"də fəaliyyət göstərən 28 klub və departament Azərbaycan gənclərinin müxtəlif fəaliyyət istiqamətlərini əhatə edir.

Hərəkat həmtəsisçiləri dekabrın 9 - da "İrəli"nin fəaliyyətinin dayandırılması barədə qərar qəbul ediblər. Onlar bunu qarşılarına qoyduqları məqsədlərə nail olmaları ilə izah edirlər.

"İrəli " nin bazasında eyni adlı İctimai Birliyin yaradılması haqqında qərar qəbul olunub.

Bu gün "İrəli" İctimai Birliyinin təsis qrultayı keçirilib. "İrəli" ümumrespublika gənclər hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı Birliyin sədri seçilib.

Ağayeva bildirib ki, Birlik xaricdə Azərbaycanı təbliğ etməyi planlaşdırır. " "İrəli"nin əsas strategiyası dünyanın Azərbaycan gəncliyini layiqli səviyyədə tanımasına xidmət edir", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti