Azərbaycan, Bakı, 28 dekabr / Trend müxbir R.Hafizoğlu/ HƏMAS tərəfindən əsir saxlanılan İsrail əsgəri Gilad Şalit Qəzzaya edilən hücum zamanı yaralanıb. Bu haqda Trend -a telefon vasitəsi ilə HƏMAS-ın mətbuat xidmətindən məlumat veriblər.
Gilad Şalit 2006-cı ilin iyununda fələstin döyüşçülərinin İsrail postuna hücumu nəticəsində əsir götürülüb. Bu hücuma görə məsuliyyəti öz üzərinə HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Kassamın şəhidləri briqadaları", "Xalq müqaviməti komitələri" və "İslam ordusu" götürüblər. Onlar İsrail hökumətindən Giladı azad etmək üçün fələstinli məhbusları buraxmaği tələb ediblər.
Buna cavab olaraq İsrail hökuməti iyunun 28-də Qəzza sektorunda "Yay yağışı" adlı hərbi əməliyyata başlayıb. Lakin bu əməliyyat müvəffəqiyyatla sonuclanmayıb.