...

Azərbaycan və Aİ "Şərq tərəfdaşlığı"na dair planları müzakirə edəcəklər

Siyasət Materials 9 Yanvar 2009 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar/ Trend / Azərbaycan və Avropa İttifaqı (Aİ) "Şərq tərəfdaşlığı"na dair planları müzakirə edəcəklər.

Bakıda Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq perspektivləri müzakirə ediləcək. Xarici əlaqələr və Avropanın Yeni Qonşuluq Siyasəti üzrə avrokomissarı Benita Ferrero-Valdner bu məqsədlə yanvarın 19-21-də Azərbaycana səfər edəcək, - Aİ-nin xarici əlaqələr üzrə mətbuat katibi Anca Fidler cümə günü Brüsseldən telefonla Trend -a bildirib.

"Səfər zamanı avrokomissar "Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlıqdan başlayaraq demokratiya və regional təhlükəsizliyədək geniş məsələlərə toxunacaq", - Fidler deyib.

Avropa Komissiyası dekabrın 4-də Polşa və İsveçin Aİ-nin yeni "Şərq tərəfdaşlığı" siyasət haqqında təşəbbüsünü qəbul edib. Bu təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna ilə daha sıx əməkdaşlığı nəzərdə tutur.

Çoxmillətli forum şəklində olacaq "Şərq tərəfdaşlığı"na Aİ-nin 27 dövləti, eləcə də Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan daxil olacaq.

Bu təşkilat çərçivəsində vizaların ləğvi, azad ticarət zonasının tətbiqi və strateji sazişlərin bağlanmasına dair danışıqlar keçiriləcək. Tələbə mübadiləsi, ətraf mühitin müdafiəsi, enerjiyə qənaət üzrə kiçik layihələrin həyata keçirilməsi də nəzərdə tutulub.

Dekabrın 3-də Avropa Komissiyasının Avropa Parlamenti və Aİ Şurası üçün "Şərq tərəfdaşlığı"na dair kommünikesini təqdim edən Ferrero-Valdner bəyan edib ki, Avropa Komissiyası Şərqi Avropa ölkələrinin Avropaya doğru səylərini tanımağı və yaxın illərdə altı Şərqi Avropa ölkəsi ilə - Belarus, Moldova, Ukrayna, Azərbaycan, Gürcüstan və Ermənistanla assosiasiya sazişi imzalamağı təklif edir.

Kommünikedə qeyd olunur ki, 2004-cü ildə Aİ-nin genişlənməsindən əvvəl Polşa və Litva ilə imzalanmış sənədlərə oxşar olacaq assosiasiya sazişlərinə eyni zamanda Avropa İttifaqına gələcək üzvlüyə dair vədlər də daxil olacaq.

Ferrero-Valdnerin səfəri regional xarakter daşıyır. O, Ermənistan və Gürcüstana da səfər edəcək, - mətbuat-katibi xəbər verib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti