...

Azərbaycan prezidenti Cəlil Məmmədquluzadənin 140 illik yubileyi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 6 Fevral 2009 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend / Azərbaycan prezidenti İlham Əliyev görkəmli ədib Cəlil Məmmədquluzadənin 140 illik yubileyi ilə bağlı sərəncam imzalayıb.

Azərbaycan Milli Elmlər Akademiyası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə birlikdə ölkənin Yazıçılar İttifaqının təklifləri əsasında yubileyə həsr olunmuş tədbirləri hazırlamaq və həyata keçirmək tapşırılıb.

Azərbaycan Nazirlər Kabinetinə sərəncamdan irəli gələn bütün məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti