...

Penitensiar Xidmətlə DİN-in birgə tədbirləri nəticəsində 25 cinayətin üstü açılıb

Siyasət Materials 9 Fevral 2009 10:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməliyyat aparatının əldə etdiyi məlumatlar əsasında ötən ilin ikinci yarısında 25-dən artıq cinayətin üstü açılıb.

PX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bazar ertəsi Trend -a verilən məlumata görə, bu cinayətlər sırasına vətəndaşların, dövlət və özəl müəssisələrin əmlaklarının oğurlanması, valyutadəyişmə məntəqələrinə basqın edilməsi daxildir.

Həmin cinayətlər Bakı, Gəncə, Bərdə, Şəmkir və Xırdalan şəhərlərində törədilib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi ilə birgə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkarlar yaxalanaraq məsuliyyətə cəlb olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti