Аzərbaycan, Bakı, 12 fevral / Trend , müxbir V.Javoronkova/ Moskvada "Anor-Qranat. Müasir özbək poeziyası" adlı kitab işıq üzü görüb. Bu kitabda özbək və rus dillərində yazan şairlərin əsərləri çap olunub. Bu barədə məlumat MDB dövlətlərinin dövlətlərarası humanitar əməkdaşlıq fondundan bildirilib.
Bu müasir Özbəkistan poeziyasının ilk ikidilli antologiyasıdır.
Topluya ən yeni özbək ədəbiyyatının klassiki hesab edilən Rauf Parfinin də əsərləri daxil edilib.
"Ruslan Elinin nəşriyyatı" "Yeni gənclik" nəşriyyat mərkəzi ilə birlikdə MDB dövlətlərinin dövlətlərarası humanitar əməkdaşlıq fondunun dəstəyilə bu kitabı Moskvada nəş edib.
Bu kitaba həmçinin özbək şairləri Fəxriyar, Davron Rəcəb, Quzal Bəyim, Bahrom Ruzimuhammədov, Abdulla Şər, Yəhya Toqa, Dursun Əli, Mirpolat Mirzə və Belqin əsərləri daxildir. Rus poeziyası Sabit Madaliyev, Aleksandr Fraynberq, Vika Osadçenko, Söhbət Əflatuni, Lyudmila Bəkirova, Bahadır Əhmədov və Rifat Qumerovun əsərləri ilə təmsil olunub.
Məqalənin müəllifi ilə əlaqə: [email protected]