Azərbaycan, Bakı, 19 fevral/ Trend , müxbir E.Rüstəmov/ ABŞ İrana qarşı siyasətini dəyişərsə, Tehran müsbət cavab addımları ata bilər. Bu barədə cümə axşamı Bakıda İranın xarici işlər naziri Manuçöhr Mottaki bildirib.
"ABŞ-ın yeni administarsiyası əvvəllər İrana qarşı yönələn mənfi fəaliyyətlərdən imtina edə bilər", - deyə Mottaki bildirib.
ABŞ-da prezident seçkiləri noyabrın 4-də keçirlib. Barak Obama Amerikanın 44-cü prezidenti seçilib.
İranın XİN rəhbəri Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın yeddinci iclasında iştirak çərçivəsində Bakıdadır.
ABŞ və İran arasında demək olar 30 ildir ki, münasibət yoxdur. Bu münasibətlər 1980-cı ildə İran tələbələrinin ABŞ-ın Tehrandakı səfirliyini tutması və səfirlik əməkdaşlarını 444 gün girov saxlamasından sonra pozulub. ABŞ-ın keçmiş prezidenti kiçik Corc Buş 2002-ci il 29 yanvar tarixində Konqressə müraciətində İranı kütləvi qırğın silahları hazırlayan və terrorçuluğu dəstəkləyən ölkə kimi "şər oxları" ölkələri siyahısına daxil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]