...

İranda İslam Konfransı Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin ikinci iclası keçirilir

Siyasət Materials 3 Mart 2009 16:30 (UTC +04:00)

İran televiziyasının beynəlxalq konfranslar zalında İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin səhiyyə nazirlərinin ikinci iclası martın 3-də öz işinə başlayıb. Bu barədə İran televiziyası məlumat verib.

İclasın açılış mərasimində İKT-nin baş katibinin bəyanatı oxunub. İclasda İslam xalqları arasında bərabər səhiyyə xidməti məsələsi müzakirə olunacaq. İclasda İslam ölkələrindən 20 səhiyyə naziri iştirak edir. Həmçinin müsəlman ölkələrindən və digər ölkələrdən 30 nümayəndə heyəri iclasda iştirak edir. İclasda Fələstin və xüsusilə Qəzzə zolağındakı gigiyena və sağlamlıq məsələləri də müzakirə olunacaq.

İKT-yə üzv ölkələrin səhiyyə nazirlərinin ikinci iclası, bu təşkilatın, dünya səhiyyə təşkilatının və HİV-lə mübarizə dünya fondunun dəstəyi ilə Tehranda keçirilir.

İranın səhiyyə naziri Baqiri Lənkərani iclas çərçivəsində Suriya, Əfqanıstan, İndenoziya, Nigeriya, Qazaxıstan, Bruney, BƏƏ, Burkino-Faso, Mali, İraq, Sudan və Fələstin ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşlər keçirəcək.

İKT-yə üzv ölkələrin səhiyyə nazirlərinin birinci iclası 2007-ci ildə Kuala-Lumpurda keçirilib. İclasda 10 qətnamə təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti