...

Azərbaycanın müdafiə naziri rusiyalı diplomatla ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Siyasət Materials 10 Mart 2009 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev çərşənbə axşamı Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasili İstratovu qəbul edib. Bu barədə Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan-Rusiya əlaqələrinin inkişaf səviyyəsi, regionda vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Əbiyev səfir İstratova səlahiyyət müddətində göstərdiyi səmərəli fəaliyyətinə görə öz təşəkkürünü bildirib.  

Rusiyanın Azərbaycanda hazırki səfiri İstratovun səlahiyyət müddəti bitib. Diplomat martın 17-də vətəninə dönəcək.

İstratov Azərbaycanda RF-nin fövqəladə və səlahiyyətli səfiri vəzifəsində 2006-cı ildən çalışır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti