...

Gürcüstanda Türkiyədə laz televiziyasının açılmasını tələb edirlər

Siyasət Materials 12 Mart 2009 18:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, martın 12 / Trend , müxbir N.Kirtsxaliya /

"İveriya" telekanalının yaradıcısı Qiorqi Andriadze rəsmi Ankaraya laz dilində yayıma icazə verməsi xahişi ilə müraciət ünvanlayıb.  

"Gürcüstan hökuməti təklifimizi dəstəkləsə, sözügedən məsələ müsbət həllini tapar", - mühafizəkar partiyanın ofisində keçirilən brifinqdə Andriadze deyib.

Onun sözlərinə əsasən, Türkiyədə yaşayan və meqrellərlə qohum xalq olan lazlar Türkiyə hakimiyyətindən ana dillərində yayımla bağlı rədd cavabı alıblar.

"Rəsmi Ankaranın rədd cavabını başa düşmək çox çətindir, çünki Türkiyədə hətta kürdlərə efir məkanında yayım hüququ verilib", - Andriadze bildirib.   

Buna əsaslanaraq, Andriadze Gürcüstan hökumətindən vasitəçilik etməyi xahiş edir. 

"Gürcüstanda artıq 2003-cü ildən laz dilində radio və televiziya yayımlanır", - Andriadze vurğulayıb. 

Türkiyədə dilləri meqrel dilinə oxşayan bir milyon laz yaşayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti