...

Miqrasiya proseslərinin idarə olunumasında "bir pəncərə" prinsipinin tətbiqi operativliyin təmini baxımından vacib əhəmiyyət daşıyır - Dövlət Miqrasiya Xidmətinin rəisi

Siyasət Materials 19 Mart 2009 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend ,müxbir K.Zərbalıyeva /

Miqrasiya proseslərinin idarə­ olun­masında "bir pəncərə" prinsipinin tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsi, bu sahədə operativliyin təmini və həllini gözləyən problemlərin ara­dan qaldırılması baxımından vacib əhəmiyyət da­şıyır, - Trend -un məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 2-ci ildönümü münasibəti ilə cümə axşamı keçirilən tədbirdə qurumun rəisi Arzu Rəhimov deyib.

Ölkə başçısı bu il martın 4-də Miqrasiya proseslərinin idarə­olun­masında "bir pəncərə" prinsipinin tətbiqi haqqında fərman imzalayıb.

Fərman respub­likada miqrasiya idarəetmə mexanizminin tək­mil­ləşdirilməsi, Azərbaycana gələn       əcnəbilərə və vətəndaşlığı ol­ma­yan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələş­dirilməsi, bu sahə­də şəffaflığın təmin edilməsi məq­sədinə xidmət edir.

Rəhimov bildirib ki, Azərbaycan dünya əhəmiyyətli nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşdiyi üçün ölkəmizin ərazisindən çoxsaylı tran­zit miqrantların gediş-gəlişi qaçılmazdır.

"Əsas məsələ həmin miq­rantların qa­nun­suz olaraq ölkə ərazisində məskun­laşmalarının və qanunsuz miqrantların ölkə ərazi­sindən tran­zit keçidi kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qar­şı­sının alınmasıdır", - Rəhimov vurğulayıb.

Xidmət rəisi, həmçinin bildirib ki, 2008-ci ilin avqust ayından Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma müddətinin uzadılması, müvəqqəti yaşama icazəsinin verilməsi, immiqrant statusunun alınması, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı 18 min 574 müraciət daxil olub.

Rəhimov qeyd edib ki, mövcud qanunvericiliyə bir çox əlavə və dəyişikliklər edilib, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində olma müddət­ləri müəyyən edilib, onlara Azərbaycanda müvəqqəti və daimi yaşa­maq üçün nəzərdə tutulmuş sənədlər təsdiq edilib, əcnəbilərin qeydiyyat sistemi təkmilləşdirilib, miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət artırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti