...

Özbəkistanın Malayziyadakı yeni səfiri təyin olunub

Siyasət Materials 31 Mart 2009 18:34 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 31 mart / Trend , müxbir Т.Jukov /

Özbəkistan Oli Maclis Senatının (parlament) qərarı ilə Malayziyada yeni fövqəladə və səlahiyyətli səfir təyin edilib.

Bu, əvvəllər Özbəkistan XİN strukturunda çalışmış 47 yaşlı Şükür Sabitovdur.

Səfir vəzifəsində Sabitov 2003-cü ildən Malayziyada çalışan Aybek Həsənovu əvəzləyib.

Şükür Sabitov Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunu bitirib, siyasət elmləri namizədi, "Çinin islahat illərindəki siyasəti və Özbəkistan Respublikası ilə əməkdaşlıq perspektivləri" böyük monoqrafiyasının müəllifidir.

Malayziya Özbəkistanı müstəqil və suveren dövlət kimi 1992-ci ilin yanvarında tanıyıb. Ölkələr arasında diplomatik münasibətlər 1992-ci ilin 21 fevralında qurulub.

1993-cü ilin iyununda Malayziyanın Daşkənddəki səfirliyi açılıb. 1999-cu ilin dekabrından Özbəkistanın Malayziyadakı səfirliyi fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti