...

Silvio Berluskoni Türkmənistan Prezidentini İtaliyaya dəvət edib

Siyasət Materials 1 Aprel 2009 16:51 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 01 aprel / Trend , müxbir H.Həsənov /

Yerli KİV-in verdiyi məlumata görə, İtaliyanın Baş naziri Silvio Berluskoni Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedova dəvət ünvanlayıb.

Dəvəti Aşqabada gəlmiş İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantika çatdırıb. "Türkmən dövlət xəbərləri"- nin verdiyi məlumata əsasən, dəvəti məmnunluqla qəbul edən Berdimuhammedov bildirib ki, Türkmənistan və İtaliya münasibətləri konstruktivdir və bu, əlaqələrin gələcək inkişafı üçün etibarlı əsas yaradır.

"Birgə iş səriştəsinə və iqtisadi potensialımıza arxalanaraq deyə bilərəm ki, iki ölkənin bir- birinə təqdim ediləsi çox şeyi var", - Berdimuhammedov deyib.

Görüş çərçivəsində ikitərəfli əməkdaşlığın və Türkmənistan-Aİ dialoqunun perspektivləri müzakirə olunub. Həmsöhbətlər prioritet istiqamətlər kimi yanacaq-enerji sektorunu və ticarət əlaqələrini vurğulayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti