...

İrəvanda Türkiyə bayrağını yandırıblar

Siyasət Materials 24 Aprel 2009 12:19 (UTC +04:00)

İrəvanda Türkiyə bayrağını yandırıblar. Bu ənənəvi addımla ermənilərin "soyqırım" qurbanlarının memorialına doğru məşəlli matəm yürüşünə start verilib, Armenia Today xəbər verir.

"Biz bu dəfə türk bayrağını yandırmaq istəmirdik, amma bir müddət əvvəl Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması haqda razılaşma bizi qərarımızı dəyişməyə məcbur etdi", - "Daşnaksütun" fəallarından biri qeyd edib. "Daşnaksütun"un məhz gənc qanadı ənənəvi yürüşün təşkilatçısıdır.

Xatırladaq ki, günorta bayrağın yandırılmasına qadağa qoyulması haqda informasiya yayılıb. Özü də bu sifariş ən yuxarı orqanlardan gəlib.

Hakimiyyətin tələbinə rəğmən, "Daşnaksütun" fəalları öz prinsiplərinə sadiq qalıblar. 

Xəbər lenti

Xəbər lenti