Fransa, Strasburq, 4 may / Trend müxbir A.Məhərrəmli/ AŞPA-nın Miqrasiya, Qaçqınlar və Əhali məsələləri üzrə komissiyasının məruzəçisi, Böyük Birtaniyadan olan deputat Con Qrinvey (John Greenway) 4-8 may 2009-cu il tarixlərində Ermənistan və Azərbaycana səfər edəcək. Bu barədə məlumat AŞ-nin internet səhifəsində yer alıb.
Səfər çərçivəsində britaniyalı deputat hər iki ölkənin siyasi rəhbərləri, qaçqın və məcburi köçkünlərin işinə məsul olan hakimiyyət orqanları, eləcə də QHT və qaçqın və məcburi köçkünlərin nümayəndələri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, bu məsələ ilə bağlı sözügedən komissiyanın 27mayda Parisdə keçirilən iclasında müzakirələr aparılacaq.