Gürcüstan, Tbilisi, 05 may / Trend , müxbir N.Kirtsxaliya /
Bütün Gürcüstanın katolikos-patriarxı İkinci İlya Gürcüstandakı durumu patriarxiyaya dəvət olunmuş diplomatlarla müzakirə edib. Görüş onun təşəbbüsü ilə baş tutub.
"Gürcüstan keçid dövrünü yaşayır. Həll olunmamış problemlər qalır - bu ərazi bütövlüyüdür, amma biz ümidlə yaşayırıq. Mən ümid edirəm ki, hər şey qaydasına düşəcək və ölkəmizin ərazi bütövlüyü təmin ediləcək", - patriarx qeyd edib.
O vurğulayıb ki, bu fonda "yeni problem" - hakimiyyət və müxalifət arasında gərginliklər ortaya çıxıb. "İş ondadır ki, həm hökumət, həm də müxalifətdə ağıllı insanlar var və düşünürəm ki, onlar mütləq ümumi dil tapa biləcəklər", - partiarx bildirib.
Səfirlər də yaranmış durumdan narahatlıqlarını dilə gətiriblər. ABŞ səfiri Con Tefft birbaşa bəyan edib ki, ölkənin magistrallarının bağlanması yolverilməzdir. O, səfirlərin ümumi mövqeyini səsləndirib ki, bütün anlaşılmazlıqlar qeyri-qanuni hərəkətlərlə deyil, dialoq yolu ilə həll olunmalıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]