...

Azərbaycan Prezidenti fərdi təqaüdlərin verilməsi haqqında sərəncam verib

Siyasət Materials 5 May 2009 20:45 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam verib. Xəbəri AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən, Azərbaycanda mədəniyyətin inkişafında böyük xidmətlərinə görə Bəykişiyev Nazim Zöhrab oğlu, Dadaşov Fəxrəddin Əlisahib oğlu, Müslümov Möhlət Xanəli oğlu, Paşayev Ağaverdi Ağa Əli oğlu və Səfərov Müzəffər Allahverdi oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti