...

Gürcüstan Azərbaycana Neft Akademiyasında baş verən hadisənin təhqiqatında kömək etməyə hazırdır - DİN

Siyasət Materials 7 May 2009 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan Azərbaycana Neft Akademiyasında baş verən faciənin təhqiqatının aparılmasında kömək etməyə hazırdır", - bu gün Trend -a Gürcüstan DİN-in Analiz və İnformasiya Departamentinin başçısı Şota Utiaşvili deyib.

"Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanları çox sıx əməkdaşlıq edir və Azərbaycandan belə bir sorğu gələrsə, biz təhqiqat tədbirləri həyata keçirəcək və Azərbaycana istənilən köməyi etməyə çalışacağıq", - Utiaşvili deyib.

Aprelin 30-da səhər saatlarında Azərbaycan Dövlət Neft Akademiyasında silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə atəş açıb. DİN və Baş Prokurorluğun birgə bəyanatına əsasən, atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər yaralanıb. Hadisəni 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu törədib. Cinayətkar "Makarov" tipli tapança ilə silahlanıbmış.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti