...

Azərbaycan və Litva parlamentlərarası əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcək

Siyasət Materials 14 May 2009 13:24 (UTC +04:00)
Azərbaycan və Litva parlamentlərarası əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir C.Babayeva /

Azərbaycan və Litva parlamentlərarası əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcək.

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlamentin nümayəndə heyəti mayın 14-dən 16-dək Litvada rəsmi səfərdə olacaq.

Parlamentin nümayəndə heyətinin tərkibinə deputatlar Musa Quliyev, Əhməd Vəliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Milli Məclisin mətbuat xidmətinin məlumatında bildirilir ki, parlamentarilər Litva Seyminin fəaliyyəti ilə tanış olacaqalar.

Əsədov ilə Seymin spikeri Arunas Valinskas arasında keçiriləcək görüşdə hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Səfər çərçivəsində Əsədovun Litva prezidenti Valdas Adamkus, baş nazir Andrius Kubilius ilə görüşləri gözlənilir. Tərəflər əməkdaşlığın gələcək inkişafına dair fikir mübadiləsi aparacaqlar.

Parlamentarilər Azərbaycanın Litvadakı səfirliyində olacaq və Baltikyanı ölkədə Azərbaycan diasporunun fəaliyyəti ilə yaxından maraqlanacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti