...

Almaniya Bundestaqında ilk dəfə olaraq Cənubi Qafqaza dair "Cənubi Qafqazda təhlükəsizlik, stabillik və demokratiyanın gücləndirilməsi" adlı qətnamə qəbul olunub.

Siyasət Materials 15 May 2009 18:49 (UTC +04:00)
Almaniya Bundestaqında ilk dəfə olaraq Cənubi Qafqaza dair "Cənubi Qafqazda təhlükəsizlik, stabillik və demokratiyanın gücləndirilməsi" adlı qətnamə qəbul olunub.

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir C. Babayeva /

Bundestaqda Almaniya Parlamenti tarixində ilk dəfə olaraq Cənubi Qafqaza dair "Cənubi Qafqazda təhlükəsizlik, stabillik və demokratiyanın gücləndirilməsi" adlı qətnamə qəbul olunub.

Almaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, Bundestaq bu qətnaməni qəbul etməklə Cənubi Qafqazın hər üç dövlətinin ərazi bütövlüyünü tanıdığını və regionda mövcud olan münaqişələrin ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında həllini dəstəklədiyini ifadə edib.

Qətnamədə münaqişələrin həlli məsələsində dövlətlərin razılığı olmadan sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi kimi beynəlxalq hüququn əsas prinsipi üstün tutulur.

Qətnaməyə görə, "bütün dövlətlər Ermənistan, Azərbaycan və Gürcüstanın ATƏT-in Paris Xartiyası ilə müəyyən edilmiş öz tərəfdaşlarını və müttəfiqlərini azad seçmək hüququnu tanımalıdır. ATƏT Xartiyasının prinsipləri ərazi bütövlüyü və suverenlik hüquqlarını təmin edir. Sərhədlər yalnız tərəflər arasında razılaşma əsasında dəyişdirilə bilər. Bu prinsiplər Cənubi Qafqazda və eləcə də Avropanın digər regionlarında münaqişələrin həlli üçün bütün səylərin əsasını təşkil edir."

Qətnamədə Almaniya Bundestaqı Almaniya hökumətini "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələr, eləcə də Avropa Şurası və ATƏT-in qərar və qətnamələrinin bütün tərəflərin yerinə yetirməsi üçün səylərini səfərbər etməyə" çağırır. 

Bundan əlavə, qətnamə ilə bağlı canlı keçirilmiş 1-ci parlament dinləmələrində Almaniya Bundestaqında təmsil olunan bütün fraksiyalar (Xristian Demokrat və Xristian Sosialist İttifaqları, Azad Demokratlar, Sosial Demokratlar, Solçular və Yaşıllar) birmənalı şəkildə Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasını pisləyib, Ermənistanın Azərbaycan ərazilərindən geri çəkilməsinin və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti