...

Azərbaycanın Rumıniyadakı səfirliyində Respublika Günü qeyd olunub

Siyasət Materials 27 May 2009 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın Rumıniyadakı səfirliyi 28 may - Respublika Günü münasibətilə rəsmi qəbul keçirib. 

Tədbirdə Rumıniyanın keçmiş prezidentləri İon İliesku və Emil Konstantinesku, Rumıniya hökumət üzvləri, deputat və senatorlar, siyasi partiya rəhbərləri, ictimai təşkilat və fondların üzvləri, tanınmış din, ədəbiyyat və incəsənət xadimləri, Buxarest şəhərində akkreditə olunan xarici ölkələrin diplomatları, buradakı türk və tatar toplumunun təmsilçiləri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət Palatası, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin, ARDNŞ-ın Rumıniyadakı nümayəndəliyinin əməkdaşları, Rumıniyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Mərasimdə "Azərbaycanın dünəni və bu günü" adlı fotoekspozisiya və "Azərbaycan və Rumıniya - Əbədi dostluq" adlı sənədli film iştirakçılara nümayiş etdirilib, çərşənbə günü Azərbaycanın Rumıniyadakı səfirliyinin yaydığı məlumatda bildirilib.  

Rumıniyada rumın, ingilis və türk dillərində çap olunan "Balkani şi Europa", "Ultima ora", "Nine O`clock", "Diplomat Club", "Replika", "Hayat", "Zaman", "Anayurt", "Gürbətçi" və başqa qəzetlərində tədbir ilə əlaqədar xəbərlər dərc olunub, TVR, OTV, DDTV və B1 televiziya kanallarında Respublika Günü münasibəti ilə Azərbaycan haqqında süjetlər efirə çıxıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti