...

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Respublika Gününü qeyd edib

Siyasət Materials 29 May 2009 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu 28 may - Respublika Günü ilə əlaqədar Regency Club-da təntənəli ziyafət və böyük musiqi proqramı təşkil edib.

250 nəfərə yaxın qonağın qatıldığı ziyafətdə Los Anceles və San Fransisko şəhərlərinin konsulluq korpuslarının nümayəndələri, ABŞ-ın ən böyük dairəsi olan Los Anceles dairəsinin şerifi Li Baka, Los Anceles dairəsi başçılarının nümayəndəsi Lurdes Saab, Los Anceles, San Xose və Orange dairəsində fəaliyyət göstərən Azərbaycan icmalarının, o cümlədən Azərbaycan-Amerika Şurası və Los Anceleslə San Fransisko şəhərlərinin yəhudi, gürcü, türk və İran icmalarının nümayəndələri iştirak ediblər, Baş konsulluğun cümə günü yaydığı məlumatda bildirilib.  

Baş konsul Elin Süleymanov Azərbaycan Demokratik Respublikasının (ADR) tarixi əhəmiyyətindən danışıb, ADR-in Azərbaycan xalqına ilk kəs azadlıq, müstəqillik, dövlətçilik, tolerantlıq və milli şüur bəxş etdiyini bildirib.

Tədbirdə Baş Konsulluğun adından şerif Li Bakaya, Azərbaycanın xalq artisti Çingiz Sadıxova, tədbirdə ifa edən qrup rəhbəri Sabina Raxçeyevaya, Mirvari Beynəlxalq Fondunun nümayəndəsi Leyla İsmayılovaya və Los Anceles dairəsi protokolu başçısının mavini Lourdes Saaba rəmzi mükafatlar təqdim edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti