...

Azərbaycan Prezidenti Rusiya ilə neft-qaz sahəsində əməkdaşlığı və münasibətlərin gələcək inkişaf məsələlərini müzakirə etmək niyyətindədir

Siyasət Materials 4 İyun 2009 20:37 (UTC +04:00)
Azərbaycan Prezidenti Rusiya ilə neft-qaz sahəsində əməkdaşlığı və münasibətlərin gələcək inkişaf məsələlərini müzakirə etmək niyyətindədir

Rusiya, Sankt-Peterburq, 04 iyun / Trend News, xüsusi müxbir V.Ustinova /

Azərbaycan Prezidenti Rusiya ilə neft-qaz sahəsində əməkdaşlığı və münasibətlərin gələcək inkişaf məsələlərini müzakirə etmək niyyətindədir.

"Biz istərdik ki, Rusiya ilə neft-qaz sahəsində əməkdaşlığı və münasibətlərimizin gələcək inkişaf məsələlərini müzakirə edək", - cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedyev ilə görüşü öncəsi bildirib.

Görüş Sankt-Petreburqda Konstantinovsk sarayında keçirilən iqtisadi forum çərçivəsində keçirilib.

İlham Əliyevin sözlərinə görə, bu görüşlər müntəzəm xarekter daşıyır və ölkələrimiz arasındakı münasibətlərdə inkişaf səviyyəsini əks etdirir. "Böhran əmtəə mübadiləsinə təsir göstərməyib", - deyə Azərbaycan Prezidenti bildirib.

"Humanitar sahədə iki ölkə arasındakı münasibətlər nümunəvi xarakter daşıyır", - deyə İlham Əliyev bəyan edib.

Xəbər lenti

Xəbər lenti