...

Cənubi Qafqazdakı sabitlik Avropa təhlükəsizliyinin vacib hissəsidir – Rumıniyanın baş katibi

Siyasət Materials 9 İyun 2009 17:22 (UTC +04:00)
Cənubi Qafqazdakı sabitlik Avropa təhlükəsizliyinin vacib hissəsidir – Rumıniyanın baş katibi

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir Y.Оstapenko /

"Cənubi Qafqazdakı sabitlik Avropa təhlükəsizliyinin vacib hissəsidir", - Rumıniya XİN-in strateji əlaqələr üzrə baş katibi Boqdan Auresku hesab edir.

"Rumıniya NATO-nun Cənubi Qafqaz ölkələri ilə daha dərin əməkdaşlıq üzrə səylərini dəstəkləyir", - çərşənbə axşamı Auresku, Azərbaycanda NATO həftəsi çəçirvəsində təşkil olunmuş "21-ci əsrdə NATO, 21-ci əsrdə hədəflər" seminarında çıxşış edərkən deyib.

NATO-nun prioritetlərindən biri Cənubi Qafqaz, Cənubi Avropa və Mərkəzi Asiya ilə daha çevik və yeni metodlardan istifadə edərək əməkdaşlıqdır.

O deyib ki, Cənubi Qafqaz ölkələrindən "ümumi çiçəklənmə" üçün daha çox istifadə olunmalıdır. Onun sözlərinə görə, Azərbaycan isə müxtəlif geostrateji maraqları özündə birləşdirir.

"NATO və Aİ-nin üzvü olaraq Rumıniya regional əlaqələrin gücləndirilməsi üzrə ödhəlikləri öz üzərinə götürür", - Auresku bildirib. 

"Biz konkret layihələr üzrə tərəfdaşlarımızla əməkdaşlığı səbrsizliklə gözləyirik və biz bu regionda sabitliyin təmin olunması üzrə körpü rolunu oynamalıyıq", - dövlət katibi deyib.

Xəbər lenti

Xəbər lenti